İqtidardan məmur həbsləri ilə bağlı yeni anons

saytların hazırlanması

Evə çatdırılma

İqtidardan məmur həbsləri ilə bağlı yeni anons

Siyasət

08 İyun 2020 14:51 2086


Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov rayon rəhbərləri arasında yeni həbslərin anonsunu verib.

“Yeni Sabah” xəbər verir ki, S.Novruzov yerli mediaya müsahibəsində bildirib ki, hazırda rayonların icra hakimiyyətlərinin fəaliyyətinin yoxlanılması davam edir.

"Heç kim arxayınlaşmamalıdır. Bu proses çox çəkəcək. Məmurlar rüşvət almamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər",- deyə YAP rəsmisi vurğulayıb. pizza sifarişi

Xatırladaq ki, bu, Siyavuş Novruzovun ilk belə açıqlaması deyil. O əvvəllər bildirmişdi ki, mərkəzi icra hakimiyyətinin ən yüksək pillələrində məqsədyönlü şəkildə Prezident İlham Əliyevin siyasətinə qarşı çıxan insanlar var. Üstəlik, onların arasında bəzi nazirlər və dövlət komitələrinin rəhbərləri də yer alırlar./Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!