Türkiyə və Venesuela mərkəzi banklarının nümayəndələri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya ilə ödəniş sistemləri sahəsində əməkdaşlığı müzakirə edəcəklər.
Yenisabah.az xəbər verir ki, bu barədə Roskonqress Fondu məlumat yayıb.
Mayın ortalarında Rusiya Mərkəzi Bankının sədrinin birinci müavini Olqa Skoroboqatova tənzimləyicinin diqqətini transsərhəd ödənişlərin inkişafına yönəltmək niyyətində olduğunu bildirib. pizza mizza
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar beynəlxalq ödəniş bazarının bəzi iştirakçıları Rusiya bazarında fəaliyyətini dayandırıb.
Skoroboqatova onu da bildirib ki, Rusiya Mərkəzi Bankı yayda iki ən populyar turizm istiqaməti ilə bərabər “Mir” kartının qəbulu ilə bağlı razılığa gəlməyə ümid edir:
“Rusiyanın “Mir” ödəniş sisteminin kartları artıq Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Cənubi Osetiya və Abxaziyada qəbul edilir”.
Qeyd edək ki, iyunun 15-18-də Sankt-Peterburqda 25-ci yubiley Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək.
Telegram kanalımız