“İki rəsmi məlumatdan çıxan real nəticə belədir ki, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əmək haqqı 3 faiz azalıb, ilk iki ayında isə Azərbaycanda inflyasiya 3,7 faiz, o cümlədən ərzaq inflyasiyası 5 faizə yaxın olub”.
Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, hökumət hələ də əhalinin nə qədər ağır sosial durumda olduğunu anlamır, maaşlar azalıb, qiymətlər artıb, deməli, əhalinin yoxsullaşması daha böyük sürətlə gedir: Sezar pizza
“Sosial gərginliyin artması ölkədə siyasi müzakirələrin keyfiyyətinə də mənfi təsir edir, populist içiboşlar önə çıxmağa cəhd edərək debat səviyyəsini aşağı çəkməklə məşğuldurlar. Hökumət isə hələ eyforiyadadır, təhlükələri görə bilmir, onlara da keyfiyyətli diskurs lazım deyil deyə, elə içiboşları birbaşa və ya dolayı yolla təşviq etməklə məşğuldurlar”.
Telegram kanalımız