İqtisadi potensialına görə xüsusilə seçilən Laçın -   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

İqtisadi potensialına görə xüsusilə seçilən Laçın - ŞƏRH

İqtisadiyyat

01 Dekabr 2020 14:30 923


"Azərbaycan üçün mühim strateji əhəmiyyət daşıyan Laçın rayonu yenidən bizdədir. 28 il öncə 264 vətəndaşımızın şəhid olduğu, 65 nəfərin girov düşdüyü və 103 sakinin əmək qabiliyyətini itirdiyi döyüşlərdən sonra Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra 66 minə yaxın Laçın sakinləri ölkəmizin 59 şəhər və rayonlarında məskunlaşdı. Bu gün artıq Laçın azaddır. Hamımızın gözü aydın olsun".

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Laçın rayonu iqtisadi potensialına görə Azərbaycanda xüsusi seçilən bölgələrimizdəndir: Sezar pizza

"İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrindən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var".

İqtisadçı millət vəkili vurğulayıb ki, 28 illik işğal Laçın rayonun potensialından istifadəyə imkan verməyib:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, Laçın rayonuna məxsus müəssisə və təşklatlarda 2019-cu ildə cəmi 27 milyon 326 min manatlıq məhsul istehsal olunub.  İşğal nəticəsində Laçın rayonuna dəyən ziyan on milyard dollarla ölçülür. Artıq Laçın bizimdir. Bu dəfə daimi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!