İradə Gülməmmədova 20 Yanvar şəhidlərinin xatirəsinə ağac əkdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İradə Gülməmmədova 20 Yanvar şəhidlərinin xatirəsinə ağac əkdi - Fotolar

Sosial

17 Yanvar 2020 15:14 1613


Bu gün Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı və RİH-də təcrübə keçən “ASAN könüllü”lərinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.

İcra Hakimiyyətindən "Yeni Sabah"a daxil olan məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində baş tutan ağacəkmə aksiyasında İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və könüllülər iştirak edib.

Əvvəlcə 20 Yanvar faciəsi zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. pizza

Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və aksiya iştirakçıları 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə 147 ədəd Eldar şamı və sərv ağacı əkiblər.

Ağaclardan soyqırımı zamanı şəhid olan soydaşlarımızın adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisənin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin yuxarı sinif şagirdləri də aktiv şəkildə iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!