İradə Gülməmmədova kənd və qəsəbələrdə ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İradə Gülməmmədova kənd və qəsəbələrdə ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü

Sosial

23 Yanvar 2020 13:52 1752


Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Qobu, Hökməli, Pirəkəşkül, Güzdək və Aşağı Güzdək kənd və qəsəbələrində ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşüb.

Görüşün məqsədinin ödənişli ictimai işlərin düzgün təşkili və bu sahədə şəffaflığın təmin edilməsi olduğunu qeyd edən İ.Gülməmmədova bu istiqamətdə artıq 4 belə görüşün keçirildiyini və ümumilikdə 700-dən çox insanı əhatə etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə şəhər və rayonlarda  müvəqqəti iş yerlərinin yaradıldığını və işsiz sakinlərin də ödənişli ictimai işlərə cəlb edildiyini söyləyən RİH başçısının sözlərinə görə, Abşeron rayonu üzrə  bu məqsədlə 770 yeni  iş yeri yaradılıb. “Rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkilinə nəzarətin gücləndirilməsi, cəlb edilmiş işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların  istifadəsi hallarına  yol verilməməsi və  bu sahədə tam şəffaflığın təmin edilməsi məqsədilə belə görüşlər bundan sonra da mütəmadi olaraq təşkil ediləcək”. – deyə İ.Gülməmmədova qeyd edib. 

İcra başçısı vətəndaşlarla fərdi qaydada söhbətlər aparıb, onların problemləri, qayğıları maraqlanıb. İşçilərə lazimi göstəriş və tapşırıqlarını verib.  Toyuqlu pizza

Ödənişli ictimai işlərə cəlb olunan işçilər də rayon ərazisində yeni iş yerlərinin yaradılması  və işlə təmin olunduqları üçün cənab Prezidentə öz təşəkkürlərini bildiriblər. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!