İradə Gülməmmədova növbəti dəfə Fatmayı sakinlərilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İradə Gülməmmədova növbəti dəfə Fatmayı sakinlərilə görüşdü - Fotolar

Sosial

28 Noyabr 2019 14:17 1435


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Fatmayı kəndinin sakinlərilə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

"Yeni Sabah"a daxil olan məlumata görə, Respublikda həyata keçirilən islahatlardan, abadlıq-quruculuq işlərindən danışan İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova ölkəmizin surətli şəkildə inkişaf etməsini önə çəkib. Abşeronda, eləcə də Fatmayı kəndində də böyük abadlıq işlərinin görüldüyünü qeyd edən başçı sözügedən kənd sakinləri ilə bundan önçəki görüş zaman qaldırılan problemlərin böyük əksəriyyətinin həll olunduğunu bildirib. 

Sonra Abşeron RİH başçısının Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif  Haqverdiyev hesabat xarakterli məruzə ilə çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.  Pepperoni pizza

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə cənab Prezident İham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sakinlər əsasən yeni salınmış küçələrə telefon, su, işıq xəttlərinin çəkilməsi və digər bu kimi məsələlərdə köməklik göstərilməsini xahiş ediblər. 

İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!