İradə Gülməmmədova onlayn müşavirə keçirdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

İradə Gülməmmədova onlayn müşavirə keçirdi - Foto

Sosial

05 May 2020 14:50 1536


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun kənd və qəsəbələr üzrə inzibati ərazi dairə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn videomüşavirəsi keçirilib. 

Yenisabah.az xəbər verir ki, müşavirədə koronavirus (COVİD-19) pandemiyası ilə bağlı rayondakı vəziyyət, sözügedən infeksiyadan sakinlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər və bundan sonra atılacaq addımlar müzakirə edilib. Nazirlər Kabineti yanına Operativ Qərargahın yeni qaydalarına əsasən ümumi karantin rejiminin müddətinin cari ilin mayın 31-nə qədər uzadıldığını və bu rejimin Abşerona da aid edildiyini vurğulayan İ.Gülməmmədova bildirib ki, koronovirusla mübarizə tədbirləri, dezinfeksiya işləri daim davam etdirilməli, məhdudiyyətlərə və sanitar gigiyenik normalara əməl olunmalıdır.

Bəzi rayonlarda məsul şəxslər tərəfindən vəzifə səlahiyyətlərinin aşıldığını, saxtakarlığa yol verərək saxta arayışlarla ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratdıqlarına görə vəzifələrindən azad edilərək haqlarında cinayət işinin açıldığını xatırladan İ.Gülməmmədova icra nümayəndələrinə və bələdiyyə sədrlərinə bir daha bildirib ki, belə hallara yol verən şəxslər vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb ediləcək. pizza

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri və müraciət edən sakinlər barəsinda danışan başçı daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələrdən söz açıb. Eyni zamanda yay fəsli ilə əlaqədar olaraq rayon ərazisində yaşıllıqların qorunmasının vacibliyini qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!