Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirib. Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.
Bu barədə Abşeron Rayon İcra Hakimiyyətindən “Yeni Sabah”a məlumat daxil olub.
Qeyd olunub ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub. Sezar pizza
Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.



Telegram kanalımız