İradə Gülməmmədova vətəndaşları qəbul etdi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İradə Gülməmmədova vətəndaşları qəbul etdi - Fotolar

Sosial

02 Dekabr 2019 15:43 1364


Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova 100-ə yaxın vətəndaşın fərdi şəkildə qəbulunu keçirib.

İcra Hakimiyyətindən "Yeni Sabah"a daxil olan məlumata görə, Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub. pizza

Məlumata görə, qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!