İradə Gülməmmədova vətəndaşlarla fərdi şəkildə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İradə Gülməmmədova vətəndaşlarla fərdi şəkildə görüşdü - Fotolar

Sosial

02 Mart 2020 14:51 438


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova fərdi şəkildə bir qrup sakinin qəbulunu keçirib. "Qafqazinfo" xəbər verir ki, bu gün rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub. Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb. Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildiriblər. https://cdn.yenisabah.az/files/ir1.jpg https://cdn.yenisabah.az/files/ir2.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!