İran ABŞ-a sarsıdıcı cavab vəd etdi

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ-a sarsıdıcı cavab vəd etdi

Dünya

21 Sentyabr 2020 17:11 1910


İran Prezidenti Həsən Ruhani Tehranın ABŞ zorakılığına sarsıdıcı cavab verəcəyini deyib. 

Yenisabah.az xəbər verir ki, Rg.ru-nun məlumatına görə, Ruhani televiziya çıxışında bildirib ki, ABŞ bu tədbirləri etibarsız adlandıran Avropa müttəfiqlərinin dəstəyini itirib.

İran Xarici İşlər Nazirliyi öz növbəsində, Vaşinqtonun səylərini faydasız hesab edib və  bildirib ki, ABŞ-ın yanaşması beynəlxalq sülh və təhlükəsizlik, BMT və Təhlükəsizlik Şurası üçün görünməmiş ciddi təhdid yaradır. pizza mizza

Bildirilir ki, ABŞ birbaşa və ya bir sıra müttəfiqləri ilə əməkdaşlıq edərək, bu təhdidlərə uyğun hər hansı bir addım atarsa, ciddi reaksiya ilə qarşılaşacaq və qərarının bütün təhlükəli nəticələrini nəzərə almalı olacaq.

“Reuters”in məlumatına görə, ABŞ 21 sentyabrda İranın nüvə, raket və adi silah proqramlarında iştirak edən iyirmidən çox şəxsə və təşkilata sanksiya tətbiq edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!