İran ABŞ-nin nüvə proqramı təklifindən imtina edəccək

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ-nin nüvə proqramı təklifindən imtina edəccək

Dünya

02 İyun 2025 17:51 288


İran ABŞ-nin nüvə proqramı ilə bağlı təklifini rədd etməyi planlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək vəzifəli iranlı diplomata istinadla məlumat yayıb.

Diplomatın sözlərinə görə, Tehran tərəfindən veriləcək cavab Vaşinqtonun təklifindən imtina kimi dəyərləndirilə bilər. pizza sifarişi

O qeyd edib ki, ABŞ-nin təklifində İranın uranı zənginləşdirməsinə dair mövqeyi dəyişməz qalır və Tehrana qarşı sanksiyaların ləğvi məsələsi ilə bağlı da aydın izah yoxdur.

"The Wall Street Journal" isə yazıb ki, Vaşinqtonla Tehran yeni tammiqyaslı nüvə sazişi istiqamətində ilkin mərhələ olaraq çərçivə sazişi razılaşdırmağa çalışır. İran tərəfi belə bir sazişin tərəfləri yeni müqaviləyə yaxınlaşdıra biləcəyini düşünür və ona mülki nüvə proqramına sahib olmaq hüququnun təsdiqi ilə yanaşı, nüvə silahı istehsalına can atmayacaqları öhdəliyinin də daxil edilməsini istəyir.

Bundan əlavə, sazişdə İranın nüvə obyektlərinə yoxlamaların keçirilməsi də mümkün şərtlərdən biri kimi göstərilir./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!