İran Ali Məhkəməsində təhvil-təslim: İbrahim Rəisi sədr kürsüsünü boşaltdı

saytların hazırlanması

Evə çatdırılma

İran Ali Məhkəməsində təhvil-təslim: İbrahim Rəisi sədr kürsüsünü boşaltdı

Dünya

05 İyul 2021 11:31 862


Bu gün İranda sabiq Ali Məhkəmə sədrinin vida və yeni sədrin fəaliyyətə başlaması mərasimi keçirilib.

Yenisabah.az İRNA-ya istinadla xəbər verir ki, iyunun 18-də keçirilmiş seçkilərdə prezident seçilən İbrahim Rəisi vəzifə kürsüsünü Qulamhüseyn Mohseni Ejeiyə təhvil verib. Sonuncu şəxs artıq Ali Məhkəmənin sədri vəzifəsini icra edəcək.

Xatırladaq ki, Ejeinin Ali Məhkəməyə sədr təyinatı haqqında İranın Ali lideri Ayətullah Xamnəi fərman imzalayıb. Dominos pizza

İbrahim Rəisi isə avqustun 3-dən etibarən İranın 13-cü prezidenti kimi fəaliyyətə başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!