İran: Amerikalı müfəttişlərə icazə verə bilərik

saytların hazırlanması

Evə çatdırılma

İran: Amerikalı müfəttişlərə icazə verə bilərik

Dünya

28 May 2025 13:00 403


Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı razılığa gəlsə, İran IAEA-dan olan amerikalı müfəttişlərin ölkənin nüvə obyektlərinə baş çəkmsinə icazə verə bilər.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib.

O deyib: “Adətən, düşmən ölkələrin müfəttişlərinə icazə verilmir, lakin  nüvə sazişi bağlasaq, IAEA-da çalışan amerikalı müfəttişlərin nüvə obyektlərimizə baş çəkməsinə icazə verə bilərik”. pizza mizza

Eslami İranın nüvə enerjisindən müstəsna olaraq dinc məqsədlər üçün istifadə etdiyini və ölkənin fəaliyyətinin MAQATE tərəfindən izləndiyini bir daha vurğulayıb.

AEOI rəhbəri qeyd edib ki, İranın uranın daha da zənginləşdirilməsi ilə bağlı mövqeyi “tamamilə qanunidir və bizim hüquqlarımıza əsaslanır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!