İran Azərbaycanda ticarət nümayəndəliyi açacaq

saytların hazırlanması

Evə çatdırılma

İran Azərbaycanda ticarət nümayəndəliyi açacaq

İqtisadiyyat

21 Yanvar 2021 14:34 630


"Azərbaycanda ticarət nümayəndəliyi yaradılacaq".

Yenisabah.az xəbər verir ki, bunu Gilan vilayətinin Kooperativlər Palatasının sədri İsa Məhəmmədi deyib.

Onun sözlərinə görə, İranın qeyri-neft ixracına dəstək paketlərinin həyata keçirilməsi və müsbət valyuta daxilolmalarına hərtərəfli dəstək məqsədilə Azərbaycanda daimi ofisin açılması ilə bağlı Kooperativlər Palatasının iclası keçirilib. Marqarita pizza

"İclasın keçirilməsinin əsas məqsədlərindən biri Azərbaycanda nümayəndəlik və ya Ticarət Evi yaratmaqdır və ilk addım Kooperasiya Palatasının xüsusi VÖEN-i olan menecerlərlə koordinasiyanın aparılmasıdır", - deyə iclasda palata sədri İsa Məhəmmədi bildirib.

O əlavə edib ki, İran tərəfi Azərbaycanda Ticarət Evinin yaradılması istiqamətində ciddi şəkildə çalışır. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!