İran Bəhreyni qaytarmaqda Azərbaycanın təcrübəsindən yararlana bilər

saytların hazırlanması

Evə çatdırılma

İran Bəhreyni qaytarmaqda Azərbaycanın təcrübəsindən yararlana bilər

Rəsmi

13 Sentyabr 2021 09:55 6203


Dünyanın indiki ağıl və idarəetmə konstruksiyasında müsəlman dünyasının ikinci ərazi itkisi Azərbaycan ərazisinin ən gözəl dilbər guşəsi Qarabağ torpağı idi. İlk itirilən torpaq Bəhreyndir və Qərb Qarabağda tətbiq etdiyi metodları ilk olaraq Bəhreyndə tətbiq etdi, Bəhreyni İrandan aldı. Azərbaycan nəhayət  çox uğurlu şəkildə işğal altında olan bütün  torpaqlarını geri qaytardı. Onun bir qismində Rusiya sülhməramlılarının yerləşməsi Rusiyanın bu əraziləri işğal etməsi anlamına gəlməməlidir. 

Rusiya Cənubi Qafqazda hərbi eskalasiyada müəyyən həddin  olmasında maraqlıdır. Rusiya Cənubi Qafqazdakı silahlanma və yaxud hərbi eskalasiyanın digər elementlərini başlı-başına buraxa bilməz. Hətta özü bura istənilən silahı göndərə bilməz. Çünki Rusiyanın ən böyük qorxusu Cənubi Qafqazdakı münaqişələrin böyüyərək Şimali Qafqaza keçməsi məsələsidir. 90-cı illərdə Rusiya Şimali Qafqazda ərazi bütövlüyünün pozulmasından güclə qaça bildi. Burada ona Azərbaycanın çox böyük köməyi oldu. İndi Rusiyanın Azərbaycanı  özündən küsdürə,  böyük müharibəyə gedə və Şimali Qafqazın içində də bütün ədəb-ərkan qaydasını vurub dağıda, Şimali Qafqazda da sabitliyi qoruyub saxlaya -bu, mümkün deyil. Müharibə Qarabağda başlayacaqsa bu, qısa müddət ərzində Şimali Qafqaza keçəcək. Rusiyanın bu gün regionda ən çox marağında olduğu kommunikasiya məsələsidir; Məhz İran və Türkiyənin qonşuluğuna hərbi yük qatarlarının daşınması Rusiyanın ən əsas məqsədidir. İranın bu məsələ üzərində düşünməyi çox vacibdir. Biz bu məsələni aktuallıqda saxlamışıq, çox təəssüf ki, İranda müəyyən qüvvələrin anti-Azərbaycançılığı həqiqəti anlamağa imkan verməyib. 

Buradan çıxan digər vacib nəticə Azərbaycan bütün bacarığını ortalığa qoyaraq öz torpaqlarını işğaldan azad etdi. İran Bəhreynin adını tuta bilmir. Azərbaycanı bütün prizmalardan tənqid atəşinə tutan İran bir dəfə Bəhreynin adını çəksin desin ki, Bəhreyn İran torpağıdır. İranın Bəhreyni özünə qaytarmaq planını kim sonuncu dəfə görübsə, buyursun onu hamıya  göstərsin.  Sezar pizza

İran çalışmalıdır ki, Qarabağ məsələsi  onun üçün bəla olmasın. Qarabağ münaqişəsi yalnız İran üçün bəlaya çevrildikdən sonra sıradan çıxacaqdır. İran bunu başa düşsün. Bu gün Azərbaycanın atdığı addımlardan biri ondan ibarətdir ki, regionda qüvvələr balansı bərqərar olsun; Heç bir dövlətin hərbi gücü digər dövlətlərin hərbi gücündən dəfələrlə artıq olmasın. Rusiyanın hərbi gücü artacaqsa bu, Azərbaycana qarşı deyil. Rusiya Azərbaycanı bütün hallarda müdafiə edəcək. Ən azı İrana görə Rusiya Azərbaycanı müdafiə edəcək. Rusiya Azərbaycanı “udası”, dövlətçiliyini dağıdası deyil. Əksinə, Rusiya Azərbaycanın müstəqil dövlətçiliyinin güclənməsi istiqamətində siyasət aparır. Çünki o bunda maraqlıdır. Yenə qeyd edirik ki, İran parametrinə görə. 

İranın təbliğat maşını belə fon yaradıb ki, bütün dünya Azərbaycanın əleyhinədir, belə demək mümkünsə  Azərbaycanı qəhrəmanlaşdırır. Dünyanın hamısı Azərbaycanın əleyhinədir, erməniləri müdafiə edir. Azərbaycan hamının gözü qabağında nəinki dözür, irəliyə gedir. 

İranın Qarabağ erməni separatçılarına yardımı faktdır və İranda heç kəs bunu inkar etməyib. İranın ən son versiyası bundan ibarətdir ki, İsrail və Rusiya gəlib giriblər İranın içərisinə bir dənə özəl şirkəti ələ alıblar. O  özəl şirkəti aylar boyu bir neçə tirlə İranın təhlükəsizliyə aid yüklərini Qarabağa daşıtdırıblar. İran dövlət deyilmi?! İsrail və yaxud Rusiya şirkətləri necə İranın içərisindən yükləri götrüə bilər?! Guya bu məsələdə daha çox məsuliyyət İran tərəfinin deyil, Rusiya sülhməramlılarının üzərinə düşür. Yük İrandan çıxmamalıdır. Rusiya sülhməramlılarının İran yüklərinə icazə verib-verməməsi məsələsi ikincilidir. 

İran Qarabağ separatçılarına yardım etməlidir. Ali dini rəhbərin bu barədə fətvası var. İranın siyasətçiləri, dövlət adamları danışanda İranın ali dini rəhbərinin Azərbaycanla bağlı  fətvasına istinad edirlər. Bəli, belə bir fətva var. Birinci maddəsinə görə işğal altındakı torpaqlar Azərbaycana məxsusdur və qaytarmaq Azərbaycanın haqqıdır. Fətvanın ikinci tezisinə baxmısınızmı?!. Qarabağ ermənilərinin təhlükəsizliyi təmin olunmalıdır.  Bu, hökmdür.  

Ali dini rəhbər göstəriş verib ki, Livana yük daşınsın, yardım olunsun. Suriyaya yardım olunsun. Bu necə icra olunursa, eynilə o qaydada da Qarabağ ermənilərinə yardım olunur. 

İran unitar dövlətdir, tərkibində digər etnik qruplarla yanaşı erməni də yaşayır. Azərbaycan da unitar dövlətdir, digər etnik qruplarla yanaşı tərkibində ermənilər də var. Niyə görə İran özündə ermənilərin təhlükəsizliyini xüsusi məsələ kimi ortalığa qoymur, Azərbaycanda ermənilərin təhlükəsizliyini qabardır?! İranın ali dini rəhbərinin məlum fətvasının ikinci tezisi aradan qaldırılmalıdır. İranın ali dini rəhbəri Azərbaycan ərazisindəki ermənilərə münasibətdə yuxarıda qeyd etdiyimiz İranın daxilindəki ermənilərə münasibətə bənzər tezis ortalığa qoymayana qədər İran şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında dərin iştiraka buraxılması mümkün deyil. İran şirkətləri orada ermənilərin xeyrinə çox iş görə bilər. Şuşada Gövhər Ağa məscidinin taleyini öyrənin. İranın Mədəniyyət Nazirliyinin rəsmi memarı hansı təriqət istiqamətində o məscidin arxitekturasını dəyişməsi Azərbaycanda mütəxəssislərə bəllidir. Ona görə də orada birinci namaza pişnamazlığa İranın ali dini rəhbərin nümayəndəsini  vadar etdilər.  

Bu fətvadan 9 ay keçməsinə baxmayaraq Qarabağ regionunda Suriyadan gələn heç bir hərbi birləşmə gözə görünmədi, İranın SEPAH-a məxsus bir sıra mətbu orqanlarının uydurduğu məsələdir. İran Suriyadan gələn hansısa bir döyüşçünü Qarabağda görübsə, buyurub göstərsin. Yoxdur, olmamışdı. Çünki Azərbaycanın ondan ehtiyacı yoxdur, ölkə Prezidenti dəfələrlə bunu bəyan edib. 

Yalan və onun komponentlərinə pul verilsəydi, İranın var-dövləti “G-7” ölkələrinin var-dövlətindən bəlkə də 2 dəfə çox olardı.

Azərbaycanda korrupsiyanı lağ edirsiniz, ola bilər kimsə bir neçə milyon dollar oğurlasın. Hizbullah, Suriya və digər yerlərdə İranın pulu xərclənir. Bu pul İran xalqına çatmalıdır, çatmır. Dövlət büdcəsində də görünmür. Bu işlə məşğul olanların şəxsi büdcələri isə şişir. Korrupsiya deyil, nədir bu?! 

İran Azərbaycanın sözünə qulaq asdı, vasitəçiliyini qəbul etdi, Şuşa işğal olundu. Şuşa işğal olunduqdan sonra İranın siyasətinin trayektoriyasının necə olduğunu çox gözəl bilirsiniz. Ermənistanın 3 prezidentinin üçü də İranı “xilaskar”, “həyat yolu” adlandırıb. İranın Ermənistana etdiyi yardımın miqdarı 2 milyard dollardan çoxdur. Bu, ABŞ-ın Ermənistana etdiyi yardımla bərabərdir. 

İranı Azərbaycana düşmən etmək lazım deyil. Həddinizi bilin. Orada kimlərinsə Azərbaycan Respublikasında kimdənsə narazılığı varsa, bunu ayrı müstəvidə həll etsin. Azərbaycanla bağlı İranın siyasətində nə varsa, hər şeyi bilirik. Hər şeyə də cavabımız var. Sonda uduzan İran olacaqdır.

Hazırda Qarabağ məsələsinin tənzimlənməsində yeni mərhələdir. Çünki Rusiya üçtərəfli bəyannamədə müəyyən olunmuş oyun qaydalarını, razılaşmaları dəyişmək istəyir. Rusiya kiminlə-kimin arasında etimad yaradır?! V.Putin və yaxud S.Lavrov dəfələrlə deyiblər ki, etimad yaransın. Rusiya sülhməramlıları ilə Qarabağ arasında etimad yaradırlar?! Etimad Qarabağda azərbaycanlılar və ermənilər arasında yaradılmalı idi. Əslən Xankəndindən olan azərbaycanlılar ora buraxılıbmı? Eyni sözləri Xocalı və digər yaşayış məskənləri haqqında da demək olar. Rusiyanın birinci oyun qaydasını pozması buradan irəli gəlir. Ona görə Azərbaycan Rüstəm Muradova de-marş etdi, indi də Kasabokova de-marş edir. Bu Azərbaycanın ciddi siyasətidir. Rusiya nə vaxtsa ayılacaq ki, oyun qaydasını özü pozub. 

Putin və Lavrovun dilindən dəfələrlə səslənmiş fikirdir ki, regionda kommunikasiyalar açıldıqda, iqtisadi əlaqələr inkişaf etdikdə bütün regionda yaşayan hər iki etnik qrup etnopsixoloji konsensus əldə etdikdən sonra status məsələsi müzakirə olunacaq. İndi deyilir ki, əvvəlcə Qarabağın statusu müəyyən olunsun, sonra isə delimitasiya və demarkasiya başlasın, sülh müqaviləsi hazırlansın. Azərbaycan buna qarşı mübarizə aparır. İran kimin yanındadır?!. Qarabağın onun özünə qarşı bəlaya çevrilməsinin yanında, yoxsa haqqın-ədalətin yanında.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!