İran BMT-nin Qadınlar təşkilatından çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

İran BMT-nin Qadınlar təşkilatından çıxarıldı

Rəsmi

15 Dekabr 2022 09:11 852


İran qadın hüquqlarını pozduğuna görə BMT-nin Qadınlar Təşkilatından xaric edilib. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatı qərar verib.

“İran administrasiyası qadınlara qarşı ayrı-seçkilik və qəddarlıq etdiyinə görə məsuliyyət daşımalıdır”,-deyə qərarda bildirilib. Sezar pizza

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) İranın BMT-nin Qadının Statusu üzrə Komissiyasından (CSW) dərhal çıxarılmasına dair qətnaməsinə səs verib.

54 üzvdən ibarət ECOSOC-da 29 üzv ölkə qətnamənin lehinə, 8 üzv, o cümlədən Rusiya və Çin isə əleyhinə səs verib. 16 üzv dövlət bitərəf qalıb.

Qeyd edək ki, 45 üzvdən ibarət BMT-nin Qadınların Vəziyyəti Komissiyası gender bərabərliyini təşviq etmək və qadınların səlahiyyətlərini genişləndirmək üçün çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!