İran DÇ-2022-dən uzaqlaşdırılır? - FİFA-dan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İran DÇ-2022-dən uzaqlaşdırılır? - FİFA-dan açıqlama

İdman

01 Aprel 2022 09:17 1121


FİFA İcraiyyə Komitəsinin üzvü Evelina Kristillin İran millisinin əvəzinə İtaliyanın DÇ-2022-dəki oynayacağına dair yayılan xəbərlərə münasibət bildirib.

Dünən xarici KİV-lər belə bir məlumat yayıb ki, İranda qadınlar stadionlara buraxılmadığından bu ölkənin komandası mundialdan kənarlaşdırıla və onu İtaliya əvəz edə bilər.

Yenisabah.az “Football İtalia”ya istinadən xəbər verir ki, FİFA rəsmisi bununla bağlı deyib: Marqarita pizza

“Martın 31-də Qətərdə FİFA-nın konqresi keçirildi. Orada bütün üzvlər kimi İran da iştirak etdi. Biz heç vaxt İranın dünya çempionatından çıxarılması məsələsini müzakirə etməmişik. Hətta bu baş versə belə, onların yerinə Asiyanı təmsil edən digər komanda təklif olunardı. Gəlin, bu fikri bir kənara qoyaq. Hazırda İtaliyanın dünya çempionatında oynaması mümkün deyil. Bununla bağlı xəbərlər nağıldır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!