İran diplomatından cəfəng təklif: “Azərbaycan İƏT-dən çıxarılsın” - Video

saytların hazırlanması

Evə çatdırılma

İran diplomatından cəfəng təklif: “Azərbaycan İƏT-dən çıxarılsın” - Video

Siyasət

03 İyun 2023 00:20 1845


Azərbaycan-İsrail münasibətlərinin inkişafı istiqamətində baş verən istənilən hadisə qonşu İran İslam Respublikasının qətiyyən normal sayıla bilməyəcək narahatlıq və əsəbiliyinə səbəb olmaqla yanaşı, bu ölkənin mediasında da anti-Azərbaycan təbliğatın növbəti dalğasına təkan verir.

Bu dəfə də belə oldu: mayın son günlərində İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başlar-başlamaz İran mətbuatında bununla bağlı isterik hay-küy qaldırılıb, səfərin İran üçün doğurduğu təhdidlərdən söz açılıb.

İsrail prezidentinin Azərbaycan-İsrail münasibətlərinin strateji tərəfdaşlıq səciyyəsi daşıdığını bəyan etməsi, İlham Əliyevi İsrailin həqiqi dostu adlandırması İranda ciddi qıcıq doğurub, xəbər və təhlillərin başlığına çıxarılıb. Dominos pizza

Rəsmi dairələrə bağlı portalda sözügedən səfərlə əlaqədar “Bakı dostdur, ya düşmən?” başlığı ilə təhlil dərc olunub.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

/Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!