“İran dövlətini qınayıram” - Demirtaşdan azərbaycanca PAYLAŞIM   + FOTO

saytların hazırlanması

Evə çatdırılma

“İran dövlətini qınayıram” - Demirtaşdan azərbaycanca PAYLAŞIM + FOTO

Maraqlı

16 Dekabr 2022 15:36 1010


Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Selahettin Demirtaş İrandakı etirazlara münasibət bildirib. 

Modern.az xəbər verir ki, hazırda həbsdə olan siyasətçinin mesajı onun tviter səhifəsində yayımlanıb. 

"Xalqların azadlıq istəyini şiddətlə, edamla basdırmağa çalışan İran dövlətini qınayıram. Hansı şiddət, hansı həbs, hansı ölüm haqq və azadlıq istəyini yox edə bilmişdir?", - deyə paylaşımda qeyd edilib.  Dominos pizza

Demirtaşın fikirləri, həmçinin türk, fars və kürd dillərində paylaşılıb. 

Qeyd edək ki, İranda sentyabr ayında 22 yaşlı Məhsa Əmininin hicab qaydasını pozmaq iddiası ilə polis tərəfindən saxlanıldıqdan sonra müəmmalı şəkildə ölümü geniş etirazlara səbəb olub. Rəsmilər gənc qızın ürək çatışmazlığından vəfat etdiyini bildirsə də, ailəsi övladlarının heç bir sağlamlıq probleminin olmadığını və döyülərək öldürüldüyünü bildirir. Ölkə üzrə etirazlar hələ də davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!