İran-Ermənistan sərhədində nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

İran-Ermənistan sərhədində nə baş verir?

Hadisə

17 Noyabr 2024 23:03 2837


Ermənistanda bir qrup sürücü İran-Ermənistan sərhədində yerləşən “Aqarak” keçid məntəqəsində yolu bağlayıblar.  

Yenisabah.az xəbər verir ki, onlar İran hakimiyyətinin erməni sürücülər üçün dizel yanacağının qiymətini kəskin şəkildə artırmaq qərarına etiraz edirlər.

Bildirilir ki, mövcud qaydalara görə, Ermənistana məxsus yük maşınları yanacaqsız İrana daxil olub, çənləri dolu geri qayıtmalıdır. Lakin, İran bu yaxınlarda dizelin qiymətini onlar üçün bir yarım dəfə qaldırıb. pizza mizza

Yük maşınlarının sürücüləri İranda keçid məntəqələrindən keçmək üçün verilən kuponların yalnız fars dilində olmasından və ermənicə təkrar olunmamasından narazıdırlar.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi hələlik vəziyyəti şərh etməyib./Yeniavaz.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!