İran Ermənistanı işğala son qoymağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

İran Ermənistanı işğala son qoymağa çağırdı

Siyasət

04 Oktyabr 2020 11:41 1924


“İran Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və erməni işğalının sona çatması bölgədəki sabitliyin qarantı olacaq”.

Yenisabah.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib. O, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla, münaqişənin dialoq yolu ilə və beynəlxalq hüquq çərçivəsində həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Vaezi Tehranın Azərbaycanı qardaş və dost bir ölkə, yaxşı qonşu hesab etdiyini də vurğulayıb: “İranın Azərbaycanla bağlı mövqeyi həmişə açıq və şəffaf olaraq qalıb. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik və tanıyırıq. İşğala son qoyulmasının bölgədə sabitliyi təmin edəcəyinə inanırıq”. Toyuqlu pizza

PA rəhbəri İran ərazisindən Ermənistana silah və hərbi personalın köçürülməsinə dair iddiaları əsassız adlandırıb.

“Müəyyən qüvvələr Azərbaycanla İran arasındakı yaxşı münasibətləri pozmağa çalışır”, - deyə Vaezi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!