İran Ermənistanı silahlandırır: Əvvəl raket, indi dron...

saytların hazırlanması

Evə çatdırılma

İran Ermənistanı silahlandırır: Əvvəl raket, indi dron...

Rəsmi

20 Dekabr 2022 16:49 1536


İran Azərbaycana qarşı mübarizə aparmaq üçün Ermənistana hərbi dronlar verəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun nəzdində fəaliyyət göstərən “Eurasia Daily Monitor” saytı məlumat yayıb.

Ceymstaun Fondu hesab edir ki, Tehran Bakını regionda öz maraqlarına uyğun addımlar atmağa inandıra bilmədikdən sonra Azərbaycana qarşı "məcburetmə taktika"sından istifadə etməyə çalışır. Toyuqlu pizza

Xəbərdə qeyd olunur ki, İran Avrasiyada silah satışını genişləndirmək niyyətindədir və Ermənistan bazarına daxil olmaqla, Azərbaycan-Türkiyə müttəfiqliyinin güclənməsinin qarşısını almağa çalışır.

"İranın Ermənistana təklifi ilə bağlı bir çox detallar açıqlanmasa da, Tehran çox güman ki, İrəvanı “Şahid-136” dronlarıyla təmin edəcək. Son həftələr Rusiya bu dronlardan Ukrayna müharibəsində mülki və hərbi hədəflərə qarşı istifadə edir. Ermənistan 2022-ci ilin avqustunda Rusiya, Belarus və İran arasında təşkil olununan “Şahin ovu” adlı birgə pilotsuz uçuş aparatları müsabiqəsi zamanı İran PUA-larının döyüş imkanlarını yaxından müşahidə etdi",- məlumatda bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl İran Ermənistana çoxlu sayda tank əleyhinə raketlər hədiyyə etmişdi./AzPolitika.info 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!