İran əvəzinə Azərbaycanın hava məkanından istifadə etməyə başladılar

saytların hazırlanması

Evə çatdırılma

İran əvəzinə Azərbaycanın hava məkanından istifadə etməyə başladılar

Sosial

09 Yanvar 2020 08:23 1370


Bəzi beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadənin dayandırılmasından sonra Azərbaycanın hava məkanından aktiv istifadə etməyə başlayıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.

Bildirir ki, mövcud vəziyyətlə əlaqədar İran və İraqa uçuşların dayandırılmasından sonra təyyarələr Avropa istiqamətlərinə uçarkən Azərbaycan və Türkmənistanın hava məkanında sıxlıq müşahidə edilib.  pizza hut

Qeyd edək ki, “Lufthansa”, “Air France”, “Singapore Airlines” şirkətləri də daxil olmaqla bəzi böyük beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadəni müvəqqəti dayandırıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!