İran gəmilərinin Azərbaycan limanlarına girişinə qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

İran gəmilərinin Azərbaycan limanlarına girişinə qadağa qoyuldu

Sosial

04 Mart 2020 19:06 581


İranın dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub. Dövlət Dəniz Agentliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur. Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımı tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!