İran hava məkanını qismən açdı 

saytların hazırlanması

Evə çatdırılma

İran hava məkanını qismən açdı 

Dünya

28 İyun 2025 23:56 494


İran beynəlxalq aviareyslər üçün hava əlaqəsini qismən bərpa edib.

Bu barədə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Əxvan bəyan edib.

Onun sözlərinə görə, ölkənin mərkəzi bölgəsi və qismən qərb hissəsi üzərində beynəlxalq mülki aviasiya reysləri üçün hava məkanı yenidən açılıb. Toyuqlu pizza

Xatırladaq ki, İranın ən böyük özəl aviaşirkəti olan "Mahan Air" dünən Məşhəddən Moskvaya (Rusiya) uçuş həyata keçirib. Bununla belə ölkənin qərb, cənub və şimal hissələri üzərində aviareyslərin həyata keçirilməsinə qoyulmuş qadağa uzadılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!