Dünyanın koronavirusla mübarizəyə kökləndiyi bir zamanda İran maraqlı açıqlaması ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki,İran İnqilab Keşikçiləri bir hərbi peykin ilk dəfə orbitə atıldığını açıqlayıb. Bununla bağlı məlumat verən dövlət televiziyası peykin “Nur” adlandırıldığını deyib: "İranın ilk hərbi peyki olan “Nur” bu səhər iki mərhələdə buraxılıb. Başlanğıc uğurlu oldu və peyk orbitə çatdı ”.
Qeyd edək ki, yanvar ayının əvvəlində Bağdadda İran İnqilab Keşikçiləri Lideri Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran xəttindəki nüvə gərginliyinin davamı olaraq qiymətləndirilən bu inkişaf beynəlxalq ictimaiyyətin gündəminə çevrilib. Marqarita pizza
Sayad Həsənli
Telegram kanalımız