İran İƏT, yoxsa Aİİ ölkələri ilə daha çox ticarət edir?

saytların hazırlanması

Evə çatdırılma

İran İƏT, yoxsa Aİİ ölkələri ilə daha çox ticarət edir?

Rəsmi

06 Dekabr 2021 15:10 725


İranın Gömrük Təşkilatı builki ticarət dövriyyəsini əks etdirən statistikanı açıqlayıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu ilin (hicri-şəmsi il 1400-cü il 2021-ci il martın 21-dən başlayıb - red.) birinci yarısında İranın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzvləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard 255 milyon dollar (15 milyon 307 min ton mal-əmtəə) təşkil edib.

Bu, əvvəlki dövrlə müqayisədə 60 faiz artım deməkdir. pizza sifarişi

4 milyard 555 milyon 123 min 472 dollarlıq ixrac payının 2 milyard 700 milyon 106 min 929 dollarlıq hissəsi İƏT-ə üzv olan 9 ölkəyə məxsusdur.

O cümlədən İrandan Türkiyə 2 milyard 308 milyon, Əfqanıstana 999 milyon, Pakistana 544 milyon, Özbəkistana 217 milyon və Azərbaycan Respublikasına 22% artımla 212 milyon dollar dəyərində (389 min ton) mal-əmtəə ixrac edilib. 

Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvləri ilə ticarət dövriyyəsi isə 2 milyard 483 milyon dollar təşkil edib. Bu ölkələr 1 milyon 167 min 858 ton mal ixrac edib. İdxalın payı isə 1 milyard 968 milyon 730 min 460 dollar olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!