İran-İsrail müharibəsi: QMİ-dən zəvvarlar haqda SON DƏQİQƏ açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

İran-İsrail müharibəsi: QMİ-dən zəvvarlar haqda SON DƏQİQƏ açıqlaması

Sosial

18 İyun 2025 11:57 579


İran və İsrail arasında baş verən hərbi toqquşmalar Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarların da işini çətinə salıb. Hazırda onların təhlükəsizliyi məsələsi çox aktualdır.

"Zəvvarlar Həcc ziyarətindən hissəli şəkildə qayıdırlar", - deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Samid Quliyev "Yeni Sabah"a bildirib:

"İlk zəvvar qrupumuz iyunun 15-də Vətənə dönüb. Digər qrupların qayıdışında da heç bir problem yoxdur. Sadəcə əvvəlki uçuş traektoriyasından bir az daha uzun bir traektoriya ilə uçuşlar həyata keçirilir. Dominos pizza

Yeganə dəyişiklik odur ki, uçuşlar müəyyən ölkələrin üzərindən keçmir və uçuş saatlarında gecikmələr müşahidə olunur ki, bu da normal haldır".

QMİ əməkdaşı zəvvarların olduğu təyyarələrin hansı ölkələr üzərindən uçduğunu dəqiqləşdirməyib.

Samid Quliyevin sözlərinə görə, 2011-ci ildən etibarən QMİ Həcc ziyarətinə avtobus səfərlərini dayandırılıb və həmin ildən etibarən müqəddəs şəhərlərə ziyarətlər yalnız təyyarə vasitəsilə həyata keçirilir:

"Həm də quru sərhədlər bağlı olduğu üçün ancaq təyyarə ilə ziyarətlər mövcuddur".

Rəsminin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi yalnız Həcc ziyarətlərinin təşkilində iştirak edir. Digər ziyarətlər, o cümlədən Kərbəla, Məşhəd və s-i xüsusi şirkətlər təşkil edir.

"Yeni Sabah"ın məlumatına görə, hazırda həmin şirkətlər xarici ölkələrdəki bu ziyarətgahlara səfərləri dayandırıb. 

Rəvan Rzazadə  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!