“Nətənzdəki qəzaya görə İran İsraildən qisas alacaq”.
Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
XİN-in mətbuat katibi əlavə edib: “Nətənz uran zənginləşdirmə mərkəzində kiberhücumla baş verən qəza hadisəsinin arxasında İsrailin durduğu aydındır və bunun təsdiqləyən bir çox mənbə var. Bu bəşəri cinayətdir”. Toyuqlu pizza
Xətibzadənin sözlərinə görə, bütün sentrifuqalar yeniləri ilə əvəzlənəcək. “İran terrora görə İsraildən qisas olacaq”.
Sözçü bildirib ki, Nətənzdəki dəqiq ziyanı ölkənin Atom Enerjisi Təşkilatı müəyyənləşdirəcək.
Telegram kanalımız