İran İsrailə casusluqda ittiham olunanların edamını davam etdirir: Say açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İran İsrailə casusluqda ittiham olunanların edamını davam etdirir: Say açıqlandı

Dünya

26 İyun 2025 15:16 424


İyunun 13-də 12 günlük müharibə başlayandan bəri İran təhlükəsizlik qüvvələri yüzlərlə insanı İsrailin xeyrinə "əməkdaşlıq və ya casusluq etmək" ittihamı ilə həbs edib.

İyunun 15-dən İranda azı altı nəfər edam edilib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "Amnesty International" qeyri-hökumət təşkilatı məlumat verib. pizza hut

Məlumata görə, onlardan dördü ilə bağlı edilən əvvəlki xəbərdarlıqlara baxmayaraq, edam hökmü icra edilib.

Hazırda edamını gözləyənlər arasında Əhmədreza Cəlali, Afşin Qorbani Meşani, Ruzbex Vadi və Şahin Basami var.

Bildirilib ki, onlar ədalətsiz məhkəmələrdən sonra edam cəzasına məhkum ediliblər.

"Amnesty International" qeyd edir ki, hökumət edamlardan əhaliyə təzyiq və qorxu aləti kimi istifadə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!