İran İsrailin hücumlarını dayandırmaq üçün bu ölkələrdən   KÖMƏK İSTƏDİ

saytların hazırlanması

Evə çatdırılma

İran İsrailin hücumlarını dayandırmaq üçün bu ölkələrdən KÖMƏK İSTƏDİ

Dünya

15 İyun 2025 16:12 6188


İran İsrail zərbələrinin dayandırılmasına dair ABŞ ilə danışıqlarda Oman və Qətərdən kömək istəyib.

Bu barədə Oxu.Az "The Jerusalem Post" nəşrinə istinadla xəbər verir.

Nəşr öz mənbələrinə istinadla yazır ki, Tehran bu iki dövlətdən nüvə razılaşması üzrə dialoqa qayıtmaqda kömək istəyir. pizza mizza

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!