İranın Kəşfiyyat Nazirliyi ("Ettelaat") atom elektrik stansiyasının yerləşdiyi Buşəhr əyalətində bəzi region ölkələrin kəşfiyyat xidmətlərinə bağlı 10 adamın həbsi barədə məlumat yayıb.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, zəruri təhqiqatdan sonra onların işləri hökm çıxarılmaq üçün ölkənin məhkəmə orqanlarına təhvil verilib.
"Ettelaat" "bölgə ölkələri" ifadəsini işlətsə də, həmin ölkələrin adlarını açıqlamayıb. Sezar pizza
Kəşfiyyat Nazirliyi bölgə ölkələrində yaşayan iranlılara müraciət edərək bu ölkələrə səyahət edən insanlardan ayıq-sayıq olmağı, xarici vətəndaşların şübhəli səfərləri və əməkdaşlıq təklifləri barədə Kəşfiyyat Nazirliyinin mətbuat xidmətinə (113) məlumat verməyi istəyib.
Telegram kanalımız