İran kəşfiyyatından Xameneiyə qarşı sui-qəsd xəbərdarlığı

saytların hazırlanması

Evə çatdırılma

İran kəşfiyyatından Xameneiyə qarşı sui-qəsd xəbərdarlığı

Dünya

23 Noyabr 2025 19:57 661


İranın kəşfiyyat naziri Seyid İsmail Xətib ABŞ və İsrailin ölkədə sabitliyi pozmaq üçün ali rəhbər Seyid Əli Xameneiyə sui-qəsd cəhdləri barədə məlumat verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

"Düşmən ali rəhbəri aradan götürməyə çalışır və bu gün ölkə daxilində gah sui-qəsd cəhdləri, gah da digər hücumları ilə ölkənin birliyinə, qələbəsinə, tərəqqisinə, sabitliyinə, möhkəmliyinə zərbə vurmaq üçün addımlar atır. Şübhə etmirik ki, bilərəkdən və ya bilməyərəkdən bu cür cəhdlər edənlər düşmənin ən təsirli agentləridir", - deyə o bildirib. Marqarita pizza

Nazir qeyd edib ki, ABŞ və İsrailin bu addımları İran xalqının maraqlarına, dövlətin birliyinə və suverenliyinə qəti şəkildə ziddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!