İran Kiprdə israillilərin qətlini planlaşdırıb - İsrail hakimiyyəti

saytların hazırlanması

Evə çatdırılma

İran Kiprdə israillilərin qətlini planlaşdırıb - İsrail hakimiyyəti

Dünya

04 Oktyabr 2021 17:37 1088


İsrail hakimiyyəti bu ölkənin Kiprdəki bir qrup vətəndaşına qarşı terror cəhdinin olduğunu bildirib. Terror aktı İran tərəfindən təşkil olunub, bu barədə oktyabrın 4-də İsrail baş nazirinin mətbuat katibi Matan Sidi məlumat verib.

Oktyabrın 3-də Kipr kütləvi informasiya vasitələri bildiriblər ki, milyarder Teddi Saqi də daxil olmaqla, İsrail biznesmenlərindən ibarət bir qrupu güllələməli olan şəxs həbs edilib.

Potensial qatil 38 yaşlı Azərbaycan vətəndaşıdır. Rusiya vətəndaşının pasportu ilə Kiprə daxil olub. Şübhəli şəxsdə səsboğuculu tapança aşkar edilib. pizza mizza

"Kiprdə baş vermiş insidentlə əlaqədar təhlükəsizlik xidmətləri adından lazım bilirəm ki, söhbətin İran tərəfindən planlaşdırılmış və Kiprdə yaşayan israilli biznesmenlərə qarşı yönəlmiş terror aktından getdiyi araşdırılsın ",- kütləvi informasiya vasitələri baş nazirin mətbuat katibindən sitat gətirib.

Həbs edilən şəxsin adı açıqlanmır. Onun İranla hansı şəkilidə bağlı olduğu da açıqlanmır. /Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!