Tehran Amerika sərmayəsi ilə uranın zənginləşdirilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib.
Yenisabah.az New York Times- istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.
Onların sözlərinə görə, Omanda İranın xarici işlər naziri Abbas Əraqçi bu planı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffa təqdim edib. Dördpendirli pizza
İslam Respublikası bu təşəbbüsə Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi baxır.
Konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkir.
İranın təklifinə üçtərəfli nüvə konsorsiumunun yaradılması və Tehranın uranı 3,67%-ə qədər zənginləşdirməsi və mülki məqsədlər üçün digər ərəb ölkələrinə tədarük etmək imkanları daxildir. Bundan başqa, İranın nüvə obyektlərində digər ölkələrdən müşahidəçilərin, o cümlədən ABŞ-dən olan ekspertlərin iştirakı gözlənilir. Bu müqavilə, 2015-ci il müqaviləsindən fərqli olaraq, 15 illik müddətlə məhdudlaşmayacaq, yəni qeyri-müəyyən xarakter daşıya bilər.
Telegram kanalımız