"Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunuq".
Yenisabah.az lider.ir-ə istinadla xəbər verir ki, bunu İranın Ali dini rəhbəri Ayətullah Xamnəi bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı qəbul edən Ayətullah Xamnəi iki ölkə arasında münasibətlərə, habelə bir sıra beynəlxalq mövzulara toxunub. pizza hut
Ayətullah Xamnəi Suriyanın ərazi bütövlüyü məsələsini çox vacib sayıb:
"Türkiyənin və onun sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik. Siz də Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyiniz hesab edirsiniz. Suriya məsələləri danışıqlar yolu ilə həll edilməli, İran, Türkiyə, Suriya və Rusiya dialoq yolu ilə bu məsələyə son qoymalıdır.
O, həmçinin, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edib və deyib: "Təbii ki, İran və Ermənistan arasında sərhədi bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik kommunikasiya yoludur".
İranın Ali lideri Tehran və Ankara arasında bütün regional məsələlərdə əməkdaşlığın artırılmasını faydalı və zəruri adlandırıb: "Biz həmişə daxili məsələlərdə və müdaxilələrdə hökumətinizi müdafiə etmişik, dediyiniz kimi çətin günlərdə bir-birimizin dostuyuq və Türkiyə müsəlman xalqı üçün dua edirik".
O, İran və Türkiyənin həmrəyliyinin artırılmasını zəruri hesab edib: "Türkiyə İrana qarşı vəhşiliklər qarşısında heç vaxt susmayıb. İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir".
Telegram kanalımız