İran liderinin yerini deyənə 10 milyon mükafat - Elan olundu

saytların hazırlanması

Evə çatdırılma

İran liderinin yerini deyənə 10 milyon mükafat - Elan olundu

Dünya

14 Mart 2026 11:16 349


ABŞ Dövlət Departamenti İran liderləri, xüsusən də ölkənin yeni Ali Rəhbəri Müctəba Xamenei haqqında məlumat üçün 10 milyon dollar mükafat təklif edib.

"Yeni Sabah" xəbər verir ki, departamentin açıqlamasında deyilir: "Ədalət üçün mükafatlandırma proqramı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) və onun bir neçə bölməsinin əsas liderləri haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir".

Xamenei ABŞ-ın maraq doğuran İran liderləri siyahısında birinci yerdədir. Onun İİKK ilə yaxın əlaqələrinin olduğu güman edilir. Siyahıda İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani və daxili işlər naziri İskəndər Momeni də var. Ümumilikdə siyahıda 10 nəfər var. Sezar pizza

"The New York Times" qəzeti qeyd edir ki, Dövlət Departamenti İran liderləri haqqında hansı konkret məlumata görə pul ödəməyə hazır olduğunu dəqiqləşdirməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!