“İran maşınları Ermənistanla sərhədi keçə bilmir“   - Rəsmi Tehrandan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“İran maşınları Ermənistanla sərhədi keçə bilmir“ - Rəsmi Tehrandan açıqlama

Rəsmi

27 Avqust 2021 13:35 24542


Gorus-Qafan beynəlxalq tranzit yolunun qapanması İrandan Ermənistana yükdaşımalarının dayanmasına səbəb olub.

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran Gömrük İdarəsi də təsdiqləyib.

İdarəninn sözçüsü Ruhullah Lətifi bildirib: "İrandan Ermənistana uzanan quru yolunun bir hissəsi (Gorus-Qafan yolu) Azərbaycan Respublikasının qüvvələri tərəfindən bloklanıb. İrəvan rəsmiləri hazırda bununla bağlı Bakı ilə danışıqlar aparırlar". Dördpendirli pizza

Gömrük sözçüsünün sözlərinə görə, sərnişin və yük daşıyan maşınları Şərqi Azərbaycandakı Norduz sərhəd keçidinə getməzdən əvvəl bu marşrutun Ermənistanda açıq olduğundan əmin olmalıdır və yalnız bundan sonra həmin istiqamətdə hərəkət etməlidir.

Xatırladaq ki, Gorus-Qafan yolu 2 gündür ki, Azərbaycan ordusunun əsgərləri tərəfindən bağlanılıb. Buna səbəb erməni silahlı qüvvələrinin sərhədçilərimizə hücumudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elsen
    Bu fars da erməni də kopoyoglu sular fars rusun silahını ermeniycun daşıyır. Dusmandilar
    5 years ago
  • Richard
    Azərbaycan tərəfi haqlı olaraq yolu düşmənlərin üzünə bağlayıb. İran və ermənistan kimi dövlətlərə humanistlik göstərmək özünü aldatmaqdır. Dəyənək daima hər ikisinin başının üstündə olmalıdır.
    5 years ago
  • Vitalik
    Zəmanə etmə eləmə dövrüdür.
    5 years ago
  • Abid
    Gün olsun laçın koridorunun Azərbaycanlılar tərəfindən bağlanıldığının şahidi olaq, amin!
    5 years ago