İran məscidləri dağıdan Ermənistana iqtisadi dəstək verir

saytların hazırlanması

Evə çatdırılma

İran məscidləri dağıdan Ermənistana iqtisadi dəstək verir

Hadisə

15 Fevral 2021 13:31 647


Bir qrup İranlı sahibkar yaxın vaxtlarda investisiya imkanları ilə yerində tanış olmaq üçün Ermənistanı ziyarət edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İranın Xorasan vilayətinin Ticarət Palatasının sədri Səid Pur Abbadi və bölgənin bəzi işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Bu zaman İran tərəfi Ermənistanda ticarət fəaliyyətinin perspektivləri ilə maraqlanıb. Danışıqlardan sonra bir qrup sahibkar və Xorasan Ticarət Palatasının nümayəndələri üçün Ermənistana bir səfər təşkil edilməsinə qərar verilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın başçılıq etdiyi nümayəndə heyəti İrana səfər etmişdi. Bununla əlaqədar açıqlama verilərək bildirilmişdi ki, hər iki ölkənin səlahiyyətliləri 6 ay ərzində ticarəti indiki 400 milyon dollardan ən azı 1 milyard dollara qədər artırmaqla bağlı razılığa gəliblər. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!