İran mətbuatından “bulud savaşı, iqlim müharibəsi” iddiası –   Hədəfdə Bakı var

saytların hazırlanması

Evə çatdırılma

İran mətbuatından “bulud savaşı, iqlim müharibəsi” iddiası – Hədəfdə Bakı var

Dünya

07 Avqust 2025 11:56 352


İranın ali rəhbərinə birbaşa bağlı olan radikal mühafizəkar “Keyhan” qəzeti növbəti dəfə əsassız iddialarla gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, qəzetin son məqaləsində peyk görüntülərinə istinadən bildirilir ki, əvvəllər Aralıq dənizindən Türkiyə üzərindən İrana daxil olan bulud kütlələri son günlərdə birbaşa olaraq Bakı istiqamətinə yönəlir və İran sərhədlərinə çatmır.

Məqalədə bu istiqamət dəyişikliyinin arxasında “düşmən qüvvələrin iqlimə müdaxiləsi” dayandığı iddia olunur. Qeyd olunur ki, bu proses guya Türkiyədə fəaliyyət göstərən 75 İsrail şirkətinin iştirak etdiyi “iqlim dəyişikliyi layihəsi” çərçivəsində həyata keçirilir. Sezar pizza

Lakin bu iddiaların elmi əsaslardan çox, siyasi ritorikaya söykəndiyi aydın görünür. Hazırda dünya üzrə heç bir nüfuzlu meteoroloji təşkilat və ya elmi tədqiqat mərkəzi buludların süni şəkildə istiqamətinin dəyişdirilməsi ilə bağlı hər hansı faktla çıxış etməyib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!