İranın Nəzarətçilər Şurası parlamentin milli valyutaya dair qanun layihəsini təsdiqləyib.
Yenisabah.az rokna-ya istinadla xəbər verir ki, İran əsginasından 4 sıfır çıxarılıb.
Denominasiya nəticəsində əvvəllər işlənən tümən də ləğv edilib. pizza
Qanuna əsasən, yeni pul vahidi indiki pul vahidinin 10 min mislinə bərabərdir. Yəni yeni rial köhnə 10.000 riala bərabər olacaq.
Bununla bərabər, tədavülə xırda pul çıxarılacaq. 100 qəran 1 yeni riala bərabər tutulacaq.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı artıq bir müddətdir ki, rualın məzənnəsini açıqlamır.
Telegram kanalımız