"Neftçi" İran millisinin və "Persepolis"in futbolçusu Əli Əlipuru transfer etmək istəyir.
Yenisabah.az xəbər verir ki, Bakı klubu 25 yaşlı forvarda təklif göndərib. "Neftçi" iranlı futbolçuya bir mövsüm üçün 300 min avro (598 min 350 avro təklif edib.
Qeyd edək ki, Əli Əlipur peşəkar karyerasına İranın "Sanq Ahan" klubunda başlayıb (2012-2013). Daha sonra "Rah Ahan"da (2013-2015) çıxış edən hücumçu 2015-ci ildə "Persepolis"ə transfer olunub. Futbolçu başa çatan mövsümdə 16 oyun keçirərək 7 qol vurub və 5 məhsuldar ötürmə edib. Sezar pizza
Sportinfo-nun yazdığına görə, İranın U-17 (2010-2011) və U-20 (2011-2013) yığmalarında çıxış etmiş Əli Əlipur 2017-ci ildən çağırıldığı A millidə 3 oyun keçirib.
Telegram kanalımız