İranın müdafiə nazirinin müavini admiral Əmir Rasteqari Azərbaycana üçgünlük səfərə gəlib.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, o, səfər çərçivəsində “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Admiral Əmir Rostaqar sərgidə iştirak edən ölkələrin müdafiə sənayesi nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. Dördpendirli pizza
"İran bu sərgidə quru, hava, dəniz döyüşü və bir sıra yeni sistemlər sahələrində müdafiə sənayesi imkanlarının bir hissəsini təqdim edəcək. Onlar elektromaqnit, telekommunikasiya, radio və süni intellekt sahələrini əhatə edəcək", - deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, "ADEX-2022"də 26 ölkədən 200-dən çox şirkət iştirak edir.
Telegram kanalımız