Erməni ekspertləri İranda baş verən proseslərdən də Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar. Onlar Güney Azərbaycanda yaşayan soydaşlarımızın orada baş verən proseslərdə rolunu kiçiltməkdən də qalmırlar. Elə iranşünas Harut Artin Arakelyanın son açıqlamaları da bu məqsədə xidmət edir.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Arakelyan İranda baş verən öroseslərdə azərbaycanlıların o qədər də mühüm rol oynamadıqlarını bildirib.
O, iddia edib ki, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar heç də Şimala birləşmək arzusunda deyil: pizza mizza
“İran azərbaycanlıları olduqları şəhərlərdə rahat yaşayırlar. Həmin bir neçə milyon azərbaycanlı indi ayağa qalxmır və ayrılmalarını tələb etmirlər. Orada cəmi bir neçə min adam var ki, onlar uzun müddət pantürkist ideologiyanı rəhbər tutaraq, bu ideologiyanı öz şəhərlərində yaymağa çalışırlar. Ancaq bu və ya digər şəkildə heç nəyə nail ola bilmirlər. Əsasən, Bakının, Türkiyənin əlaltıları şəhərə vərəqələr yayırlar. Amma onların hazırda davam edən nümayişlərə heç bir təsir gücü yoxdur və ümumiyyətlə, olmayıb. Son 40 ildə kürdlər azərbaycanlılardan daha fəal rol oynayıblar”.
İrana qarşı müharibənin gerçəkləşib-gerçəkləşməyəcəyi ilə bağlı suala cavabında Arakelyan deyib ki, müharibə baş verərsə, İranın birbaşa Naxçıvana hücum edəcək:
“Müharibə taktikasıdır: İstənilən ölkə meydanı öz ölkəsindən kənara çıxarmağa çalışacaq. Ermənistanın ərazilərinə hər hansı təcavüz İranın və Türkiyənin müharibəyə cəlb olunmasına səbəb olacaq. Amma Ermənistanın cənub bölgəsi müharibə üçün o qədər də əlverişli sahə deyil. Azərbaycan Ermənistanın ərazi bütövlüyünə zidd hərəkət edərək, müharibəyə qarışmağa cəhd etsə, İran Ermənistan ərazisinə daxil olmaqdan daha çox Naxçıvana hücum edə bilər”.
Telegram kanalımız