İran onları necə agent edir? - “Pul, narkotik, qadın...”

saytların hazırlanması

Evə çatdırılma

İran onları necə agent edir? - “Pul, narkotik, qadın...”

Maraqlı

31 Yanvar 2023 11:58 1783


“Ən müxtəlif səviyyələrdə İran tərəfi öz agentura şəbəkəsinin genişlənməsi prosesini həyata keçirir. Eyni zamanda Azərbaycanda da uzun müddət İran kəşfiyyatı media təmsilçilərinin ələ alınması istiqamətində fəaliyyət göstərib və təəssüf ki, buna nail olub”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Politoloq İran kəşfiyyatının Azərbaycan və dünyadakı şəbəkəsindən, eləcə də İran xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin saçdığı təhlükə və metodlardan söz açıb.  Dominos pizza

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində İranın təmsilçiləri var ki, onlar da Qərb ölkələri dairələrində kifayət qədər aktiv və üstün mövqeyə sahib ola bilmirlər:

“Çünki bunun üçün kifayət qədər maneələr var, eyni zamanda mental və təfəkkür fərqi, nəticə etibarilə, belələrinin tez bir zamanda ifşa olunmasına zəmin yaradır”. 

E.Mirzəbəyliyə görə, İrandakı molla rejimi üçün hər hansı bir dəyər və ölçü vahidi yoxdur ki, onlar konkret olaraq, o dəyərə söykəyib hərəkət etməsin: 

“Onlar ən müxtəlif üsullardan – şantaj, kompromat, pul, hədiyyələrlə, vaxtilə İrana həmin şəxslərin səfərini təşkil edib onların əleyhinə kompromat toplamaqla buna nail olublar. Ələ alınanların içərisində ola bilsin ki, hansısa ölkələrdə konkret fakt olmadığı üçün bunu demək çətindir, lakin Azərbaycanda bir müddət baş verən həbslər və İran kəşfiyyatına işləyən şəxslərlə bağlı açıqlamalar səsləndirilmişdi”. 

“Eləcə də onların arasında zaman-zaman siyasətçilər, habelə müvafiq dövlət qurumlarında çalışanlar da olub. Çox güman ki, başqa ölkələrdə də həmin şəxslər var. Mən daha çox bu kontekstdən region ölkələri siyasətçilərini həmin sıraya aid etmək istəyərdim. Şübhəsiz ki, bu, var və onlar zamanı gələndə rejimin diktəsi altında hərəkətə keçir və ən müxtəlif səviyyələrdə təxribat törətməklə məşğul olurlar”, – əlavə edib.

Müsahibimizin fikrincə, burada üsulublar kifayət qədərdir:

“Bu iyrənc rejim isə bütün faktorlardan istifadə edir. Narkotiklər, qadın faktoru və saysız-hesabsız metodlar burada mövcuddur. Hansı ki, dünyada bütün kəşfiyyat orqanlarının həyata keçirdiyi metodlar ki var, İranın əl atdığı metodlar onlardan daha iyrənc və daha qəddardır”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!