İran parlamenti büdcəni düzəlişlə təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İran parlamenti büdcəni düzəlişlə təsdiqlədi

Dünya

05 Yanvar 2026 15:07 440


İran parlamenti (İslami Şura Məclisi) hökumətin düzəlişlərindən sonra gələn il (21 mart 2026-cı ildə başlayacaq) üçün yeni büdcəni təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, açıq iclasda 171 deputat lehinə, 69 deputat əleyhinə səs verib, 6 deputat isə bitərəf qalıb.

Yenilənmiş sənəddə dövlət qulluqçularının maaşlarının 20% artırılması əvəzinə, tədricən 43%-ə çatdırılması nəzərdə tutulur. Əlavə dəyər vergisinə də dəyişiklik edilib: 12% əvəzinə 10% təsdiq edilib. Əhali üçün bir sıra prioritet sahələr üzrə subsidiyalar da artırılıb. Pepperoni pizza

Dekabrın 30-da Məclisin müvafiq komitəsi hökumətin əvvəllər təqdim etdiyi büdcə layihəsini rədd edərək qeyd edib ki, sənəddə əhaliyə, bazara, istehsal sektoruna diqqət artırılmalıdır. Həmin gün prezidenti Məsud Pezeşkian parlamentin sədri Məhəmməd Bağır Qalibafa məktub göndərib və orada hökumətin büdcə layihəsinə lazımi düzəlişlər etməyə hazır olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!