"Azərbaycan Respublikası ilə sərhəddə baş verən məsələlər bu gün komissiyada müvafiq ekspertlərin iştirakı ilə araşdırılacaq".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Abbas Müqtədai bildirib.
Onun sözlərinə görə, komissiya Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Təhlükəsizlik Nazirliyi də daxil olmaqla, digər qurumlarla təmasda olub. Dördpendirli pizza
"Ölkələr qonşuları ilə ən yüksək səviyyədə əməkdaşlıq etməli, qeyri-dost və xarici ölkələr üçün mövqe açmamalıdır, bu, qonşu davranışından kənar bir hərəkətdir. İslam Respublikası qonşularla dostluğu qorumaq və bölgədə təhlükəsizliyi yaxşılaşdırmaq istəyir. Qonşular da son günlərdə gördükləri az işin müqabilində daha güclü addımlar atmalıdırlar", - deyə Abbas Müqtədai vurğulayıb.
Komissiya sədrinin müavini İran yük maşınlarının Azərbaycan ərazisində saxlanılmasını "qonşuluq ənənəsindən kənar hərəkət" adlandırıb.
O deyib: "Azərbaycan Respublikasının daha çox diqqət və məsuliyyət gözləyirik".
Telegram kanalımız