İran polisi casuslara: Könüllü təslim olun

saytların hazırlanması

Evə çatdırılma

İran polisi casuslara: Könüllü təslim olun

Dünya

16 İyun 2025 17:42 415


Əgər düşmənə aldandığınızı hiss etmisinizsə, İslam Respublikasına könüllü təslim olun.

Yenisabah.az farsnews-a istinadla xəbər verir ki, bunu İran Polis Təşkilatının rəhbəri Əhmədrza radan deyib.

O, Rey şəhərində İsrailin nəfinə casusluq etmiş şəxslərə qarşı əməliyyat barədə məlumat yayıb: Toyuqlu pizza

"Bu əməliyyatda 200 kiloqramdan çox partlayıcı maddə, bir neçə operativ pilotsuz uçuş aparatı və casus PUA-sı aşkar edilərək ələ keçirilib. Həmçinin, bu komanda ilə əlaqəli olan, avadanlıqların ötürülməsi və çatdırılması missiyasına cavabdeh olan şəxslər həbs edilib".

Ə. Radan bildirib: "Mənim belə xainlərə mesajım budur ki, əgər düşmənə aldandığınızı hiss edirsinizsə, geri qayıtmağa hələ vaxtınız var. Özünüzü könüllü olaraq təqdim etsəniz, İslam Cümhuriyyəti sisteminin rəhmətindən bəhrələnə bilərsiniz, əks halda, düşmən meydanda cavab aldığı kimi, siz də ibrət götürəcəksiniz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!